SpaceX-in IPO-su minlərlə əməkdaşı milyonçu edə bilər.
“GDP Media” xəbər verir ki, SpaceX-nin birjaya çıxışı (IPO) şirkətin minlərlə əməkdaşını bir gündə dollar milyonçusuna çevirə bilər. Mənbələrin məlumatına görə, bəzi əməkdaşlar illər ərzində topladıqları səhm paketləri hesabına artıq 15–16 milyon ABŞ dolları dəyərində paya sahibdir.
Hazırda 200 milyard ABŞ dollarından çox dəyəri olan SpaceX dünyanın ən böyük özəl şirkətlərindən biridir. IPO həm kapital bazarları üçün, həm də əməkdaşlar arasında şəxsi sərvətin formalaşması baxımından son illərin ən önəmli hadisələrindən biri sayılır.
Ekspertlər bildirirlər ki, birjaya çıxış şirkətin səhmdar strukturunda əhəmiyyətli dəyişikliklər yaradacaq və daxili səhmdarlar üçün likvidlik imkanlarını artıracaq. Nəticədə minlərlə əməkdaşın səhmlərinin bazar dəyəri sürətlə yüksələrək onları milyonçular sırasına daxil edə bilər.


