Taleh Kazımov: “Azərbaycanda ilk sukukun buraxılışına hazırlıq gedir”

Azərbaycanda İslam maliyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə ölkədə ilk sukuk (İslam istiqrazı) emissiyasının həyata keçirilməsi üzrə hazırlıq işləri davam etdirilir.

GDP Media” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı və İslam İnkişaf Bankı arasında həyata keçirilən əməkdaşlıq layihəsi ölkədə İslam maliyyəsinin inkişafı üçün əlverişli mühitin formalaşdırılmasına xidmət edir. Layihə çərçivəsində hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, maliyyə institutlarının potensialının artırılması, monitorinq və qiymətləndirmə mexanizmlərinin qurulması, eləcə də ilk sukuk emissiyasının reallaşdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, sukuk bazarının yaradılması maliyyə sektorunun şaxələndirilməsinə, yeni investisiya imkanlarının formalaşmasına və xarici kapital axınının artırılmasına töhfə verəcək. Eyni zamanda, İslam maliyyəsinin ölkənin maliyyə sisteminə inteqrasiyası maliyyə bazarlarının dərinləşməsinə və iqtisadi dayanıqlılığın gücləndirilməsinə şərait yaradacaq.

Forum çərçivəsində dayanıqlılıq yönümlü maliyyə alətlərinin inkişafı məsələlərinə də toxunulub. Bildirilib ki, Azərbaycan ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edib. Bu baxımdan, real iqtisadiyyatın maliyyələşdirilməsinə üstünlük verən İslam maliyyəsi ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə uzlaşır.

Vurğulanıb ki, İslam maliyyə alətləri sosial rifahın artırılması, etik investisiyaların təşviqi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsində mühüm rol oynayır. Bu yanaşma spekulyativ əməliyyatlardan və həddindən artıq borclanmadan qaynaqlanan risklərin azaldılmasına da imkan verir.

Azərbaycanın əsas hədəflərindən biri dayanıqlılıq yönümlü İslam maliyyə alətlərinin tətbiqini genişləndirmək, özəl sektorun inkişafını dəstəkləmək və daha çevik, dayanıqlı iqtisadiyyatın qurulması üçün investisiya resurslarını səfərbər etməkdir.

  • Əlaqədar Yazılar

    Vəfa Rüstəmova Bir ekosisteminin daxili kommunikasiyalarına rəhbərlik edəcək
    • İyun 18, 2026

    Kommunikasiya və korporativ əlaqələr sahəsində uzunillik təcrübəyə malik Vəfa Rüstəmova fəaliyyətini yeni vəzifədə davam etdirir. “GDP Media”xəbər verir ki, o,…

    Davamı oxu
    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Bakıda yerli valyutalarda maliyyələşməyə çıxış üçün yeni hecinq alətini təqdim edib
    • İyun 18, 2026

    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Valyuta Mübadiləsi Fondu (TCX) islam maliyyələşdirməsi normalarına uyğun hazırlanmış tədarüksüz hecinq alətinin…

    Davamı oxu