Victoria’s Secret səhmləri bir gündə təxminən 50% bahalaşdı

Amerikanın məşhur alt geyim brendi Victoria’s Secret-in səhmləri iyunun 2-də keçirilən hərraclarda 49,7% bahalaşıb. Şirkətin bazar dəyərindəki kəskin artım bütün seqmentlər üzrə satışların yüksəlməsi və ənənəvi biznes modelinə qayıdış qərarı ilə əlaqələndirilir.

“GDP Media” xəbər verir ki, Victoria’s Secret 2019-cu ildə köhnəlmiş gözəllik standartlarının təbliği və modellərin bədən müxtəlifliyinin yetərincə əks olunmaması ilə bağlı tənqidlər səbəbindən ənənəvi şoularını dayandırmışdı.

Lakin son illərdə satış göstəricilərinin zəifləməsi fonunda şirkət əvvəlki konsepsiyaya qayıtmaq qərarı verib. Bu addım investorlar tərəfindən müsbət qarşılanıb və səhmlərin qiymətində ciddi artıma səbəb olub.

Analitiklər hesab edirlər ki, Victoria’s Secret-in yenidən ənənəvi şou formatına üstünlük verməsi brendin kommersiya göstəricilərini bərpa etməyə yönəlmiş strateji addımdır.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu