“Hazırda ölkəmizdə AZQR-dan daha ucuz ikinci ödəniş xidməti mövcud deyil”
“GDP Media” xəbər verir ki, Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə AZQR-dan daha ucuz ikinci ödəniş xidməti mövcud deyil. Onun sözlərinə görə, infrastruktur tam yayımlandıqdan sonra təsərrüfat subyektləri arasında kart və token ödənişləri üzrə fərqlərin azaldılması gözlənilir.
Jurnalistlərin “Kartdan-karta ödənişlərlə bağlı yeni rüsumların tutulacağı” ilə bağlı sualına V.Xəlilov cavab verib: “Mərkəzi Bank tərəfindən hər hansı rüsum nəzərdə tutulmur. AMB-nin tarif siyasəti var və biz periodik olaraq tariflərə baxırıq. Ancaq hər hansı bank öz xidmətinə görə rüsum təyin edə bilər, bu ola bilər. Lakin belə bir təşəbbüs və ya plan Mərkəzi Bank nəzdində mövcud deyil.”


