Yaxın Şərq böhranı neft qiymətlərini yenidən yüksəldə bilər

Qlobal iqtisadiyyatdakı yavaşlama fonunda neft qiymətlərinin yenidən artacağı ilə bağlı proqnozlar səsləndirilib. Londonda keçirilən beynəlxalq neft-qaz konfransında çıxış edən ekspertlər Yaxın Şərqdə davam edən böhranın bazarda təklif çatışmazlığını dərinləşdirdiyini bildiriblər.

“GDP Media” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, ABŞ, Braziliya, Venesuela və Argentinada hasilatın artması bazarda yaranan itkiləri yalnız qismən kompensasiya edir.Agentliyin neft bazarları şöbəsinin rəhbəri Toril Bosoni bildirib ki, qlobal tələbin azalması belə təklifdəki itkiləri tam qarşılamaq üçün kifayət etmir.

Onun sözlərinə görə, bu vəziyyət yaxın dövrdə neft qiymətlərinin gözlənilən səviyyələrdən daha yüksək həddə qalxmasına səbəb ola bilər.Ekspertlər hesab edirlər ki, hazırda qlobal enerji sistemində mühüm dəyişikliklər baş verir. Belə ki, enerji bazarında artıq yalnız hasilata nəzarət deyil, tədarük zəncirinin idarə olunması da strateji əhəmiyyət daşıyır.Analitiklərin fikrincə, Yaxın Şərqdəki gərginliyin davam etməsi fonunda enerji bazarlarında volatillik yüksək olaraq qalacaq.

  • Əlaqədar Yazılar

    S&P 500 ilk dəfə 69 trilyon dollarlıq bazar kapitallaşmasını ötüb
    • İyun 2, 2026

    ABŞ fond bazarının əsas göstəricilərindən biri olan S&P 500 indeksinin ümumi bazar kapitallaşması tarixdə ilk dəfə 69 trilyon dollar həddini keçib. Beləliklə, ABŞ bazarı nominal ifadədə yeni rekord müəyyənləşdirib. GDP Media xəbər verir ki, indeksin kapitallaşmasının artımı əsasən texnologiya sektorundakı iri şirkətlərin səhmlərinin bahalaşması ilə bağlıdır. Xüsusilə “Möhtəşəm yeddilik” adlandırılan texnologiya nəhənglərinin bazardakı dominant mövqeyi indeksin yüksəlişində əsas rol oynayıb. Analitiklərin fikrincə, hazırkı artım bazarda konsentrasiyanın yüksəldiyini göstərir. Belə ki, məhdud sayda böyük şirkət bütün indeksin dinamikasına ciddi təsir edir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət investorlar üçün həm yeni imkanlar, həm də risklər yaradır. Diversifikasiya və hedcinq strategiyalarından istifadə olunmadıqda, xüsusilə yüksək qiymətləndirilmiş texnologiya sektorunda mümkün korreksiya investisiya portfellərinə ciddi təsir göstərə bilər.

    davamı
    Victoria’s Secret səhmləri bir gündə təxminən 50% bahalaşdı
    • İyun 2, 2026

    Amerikanın məşhur alt geyim brendi Victoria’s Secret-in səhmləri iyunun 2-də keçirilən hərraclarda 49,7% bahalaşıb. Şirkətin bazar dəyərindəki kəskin artım bütün seqmentlər üzrə satışların yüksəlməsi və ənənəvi biznes modelinə qayıdış qərarı ilə əlaqələndirilir. “GDP Media” xəbər verir ki, Victoria’s Secret 2019-cu ildə köhnəlmiş gözəllik standartlarının təbliği və modellərin bədən müxtəlifliyinin yetərincə əks olunmaması ilə bağlı tənqidlər səbəbindən ənənəvi şoularını dayandırmışdı. Lakin son illərdə satış göstəricilərinin zəifləməsi fonunda şirkət əvvəlki konsepsiyaya qayıtmaq qərarı verib. Bu addım investorlar tərəfindən müsbət qarşılanıb və səhmlərin qiymətində ciddi artıma səbəb olub. Analitiklər hesab edirlər ki, Victoria’s Secret-in yenidən ənənəvi şou formatına üstünlük verməsi brendin kommersiya göstəricilərini bərpa etməyə yönəlmiş strateji addımdır.

    davamı