Zakir Nuriyev: “Manata olan inamın artması dollarlaşmanın səviyyəsini aşağı salır”

“Manata olan inamın artması dollarlaşmanın səviyyəsini aşağı salır”

“GDP Media” xəbər verir ki, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət heyətinin sədri Zakir Nuriyev manatın möhkəmlənməsinin əsas səbəblərindən birinin əhalinin milli valyutaya və bank sektoruna inamının artması olduğunu bildirib.

Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti çərçivəsində jurnalistlərə açıqlama verən Z.Nuriyev qeyd edib ki, son illərdə həm kreditlərin, həm də əmanətlərin dollarlaşma səviyyəsində əhəmiyyətli azalma müşahidə olunur.

Onun sözlərinə görə, xüsusilə fiziki şəxslərin əmanətlərində dollarlaşmanın azalması insanların manata üstünlük verdiyini göstərir.

“Biz çıxışımızda da qeyd etdik ki, həm kredit dollarlaşması səviyyəsi kəskin şəkildə aşağı düşüb, həm də əmanətlərin, o cümlədən fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi azalır. İnsanların manata və ölkənin bank sektoruna inamının güclənməsi təbii olaraq manatın mövqeyini möhkəmləndirir”, – deyə o bildirib.

ABA rəhbəri vurğulayıb ki, manatın mövqeyinin güclənməsində hər hansı inzibati müdaxilə və ya süni təsir mexanizmi mövcud deyil. Onun fikrincə, müşahidə olunan tendensiya iqtisadi sabitlik və maliyyə sisteminə artan etimadın nəticəsidir.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu