Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər.
Brent markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında Bakı vaxtı ilə saat 8:11-ə olan məlumata görə 76,61 dollar/bareldən ticarət olunur ki, bu da ötən günün bağlanış səviyyəsindən 0,31 dollar (0,41%) yuxarıdır.
WTI markalı neftin avqust fyuçersləri Nyu-York Əmtəə Birjasının elektron ticarətində bu vaxta 0,32 dollar (0,44%) bahalaşaraq 72,4 dollar/barel təşkil edib.


