Keçmiş Ethereum tərtibatçısından “xilas planı”: 1 milyard dollarlıq təşəbbüs

Ethereum Foundation-un keçmiş tərtibatçısı və Danksharding texnologiyasının müəlliflərindən biri olan Dankrad Feist Ethereum ekosisteminin gələcəyi ilə bağlı diqqətçəkən təkliflə çıxış edib.

“GDP Media” xəbər verir ki, o, Ethereum-un inkişafını və bazar dəyərini dəstəkləmək məqsədilə 1 milyard dollar həcmində vəsait cəlb olunmasını təklif edib.Feistin fikrincə, hazırda Ethereum Foundation ümumi ETH həcminin 0,1%-dən də az hissəsinə nəzarət edir və şəbəkədə steykinq və ya tranzaksiya komissiyalarından birbaşa gəlir əldə etmir.

Bu səbəbdən o, ETH qiymətinin artımında iqtisadi marağı olacaq yeni təşkilati strukturun yaradılmasını vacib hesab edir.Mütəxəssis bildirib ki, Ethereum ekosistemində idarəetmə və motivasiya modeli ilə bağlı problemlər getdikcə daha çox müzakirə olunur.

Son dövrlərdə fondun bir sıra əsas tərtibatçı və tədqiqatçıları layihədən ayrılıb ki, bu da mövcud idarəetmə modelinə dair tənqidləri gücləndirib.

Dankrad Feistin təklifi hələlik rəsmi qərar və ya təşəbbüs statusu daşımır. Bununla belə, kripto icması bu çıxışı Ethereum daxilində struktur dəyişikliklərinə ehtiyacın göstəricisi kimi qiymətləndirir.

  • Əlaqədar Yazılar

    İsi Mustafayev:“PAŞA Kapital”ın gəlirləri 9,9 milyon manata yüksəlib
    • İyun 3, 2026

    “PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub. Şirkətin gəlirləri illik müqayisədə 18% artaraq 8,4 milyon manatdan…

    Davamı oxu
    İsi Mustafayev “PAŞA Kapital”ın Baş icraçı direktoru təyin olundu
    • İyun 3, 2026

    Maliyyə sektorunda uzunmüddətli təcrübəyə malik olan İsi Mustafayev “PASHA Capital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru vəzifəsinə təyin olunub. GDP…

    Davamı oxu