Türkiyə ABŞ dövlət istiqrazlarına yatırımlarını kəskin şəkildə azaldıb.
Bloomberg-in yaydığı məlumata görə, Ankaranın portfelindəki Amerika istiqrazlarının həcmi bir ay ərzində 16 milyard dollardan 1,8 milyard dollara düşüb.
Beləliklə, Türkiyənin ABŞ dövlət borc kağızlarındakı payı təxminən 9 dəfə azalıb.Məlumata əsasən, aktivlərin sürətli satışı Yaxın Şərqdə artan gərginlik, neft qiymətlərinin yüksəlməsi və qlobal maliyyə bazarlarında yaranan panika fonunda baş verib.
Analitiklər hesab edirlər ki, Ankara risklərin artdığı dövrdə portfelini daha çevik və təhlükəsiz aktivlərə yönəltməyə çalışır.
Ekspertlərin fikrincə, bu addım Türkiyənin beynəlxalq maliyyə bazarlarındakı risklərə qarşı müdafiə strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.


