EBRD Azərbaycanda elektrobus parklarının inkişafı layihəsini maliyyələşdirməyə hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda elektrobus parklarının inkişafı layihələrinin maliyyələşdirilməsində maraqlıdır.

“GDP Media” xəbər verir ki, bunu EBRD-nin “Yaşıl şəhərlər” proqramının rəhbəri Lin O’Qreydi deyib.

“Bank Batumi, Səmərqənd və Bişkekdə elektrikli avtobus parklarının inkişafı layihələrini artıq uğurla maliyyələşdirib. Buna görə də EBRD analoji təşəbbüslərin Azərbaycanda da həyata keçirilməsində çox maraqlı olardı.

Bununla yanaşı, infrastrukturun inkişafının nəqliyyat vasitələrinin satın alınması ilə eyni vaxtda baş verməsi son dərəcə vacibdir. Müvafiq enerji doldurma stansiyaları şəbəkəsi yaratmadan elektrobusların səmərəli şəkildə tətbiqi mümkün deyil. Məhz buna görə də bizim maliyyə paketlərimiz kompleks yanaşmanı – elektrobusların alınmasına dəstəyi, ixtisaslaşmış depoların tikintisini və zəruri enerji doldurma infrastrukturunun inkişafını nəzərdə tutur”, – o qeyd edib.

Bundan başqa, L. O’Qreydinin sözlərinə görə, bu cür layihələrin dayanıqlıq səviyyəsini artırmaq məqsədilə EBRD şəraitin imkan verdiyi yerlərdə depoların günəş panelləri ilə təchiz edilməsi potensialını da nəzərdən keçirir.

“Elektromobillik EBRD-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Əminik ki, qlobal enerji keçidi çərçivəsində məhz bu sahədə əhəmiyyətli effektə nail olmaq və daxili yanma mühərrikli nəqliyyatdan tədricən imtina edilməsinə kömək etmək mümkündür”, – o vurğulayıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu