Azərbaycanın bank sektorunun xalis mənfəəti 29 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 438,5 milyon manat xalis mənfəət əldə edib.

“GDP Media”Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,05 % çoxdur.

4 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 437,4 milyon manat (14,7 % çox), əməliyyat xərcləri 1 milyard 753,4 milyon manat (13,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 141,1 milyon manat (9,8 % az), digər xərcləri 0,2 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 104,2 milyon manat (15,65 % çox) təşkil edib.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu