Brent markalı neftin qiyməti 4%-dən çox artaraq bir barel üçün 100,3 dolları ötüb.
“GDP Media” xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 18:20-yə olan məlumata əsasən bir barel üçün 100,32 dollar təşkil edib. Bu, əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 4,18 dollar və ya 4,35% yüksəkdir.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin iyul fyuçersləri həmin vaxta qədər 2,26 dollar və ya 2,34% ucuzlaşaraq bir barel üçün 94,34 dollara düşüb.
Qeyd edək ki, ABŞ-da qeyri-iş günü olması səbəbindən bazar ertəsi WTI üzrə ticarət əməliyyatları aparılmayıb.


