“Bank Respublika” ASC “Milli Kart” MMC-dəki 8,3 %-lik payını satıb.
“GDP Media” xəbər verir ki, bank payı satın alan şəxsin adını açıqlamayıb.
Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır.
Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

