“Goldman Sachs”ın keçmiş rəhbəri Lloyd Blankfein: “ABŞ borclarını dolların dəyərsizləşməsi hesabına qaytara bilər”

Lloyd Blankfein bildirib ki,ABŞ borclarını dolların dəyərsizləşməsi hesabına qaytara bilər

“GDP Media” xəbər verir ki, ABŞ-ın “Goldman Sachs” investisiya bankının keçmiş rəhbəri Lloyd Blankfein dolların gələcək dəyəri və dövlət borcları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, ABŞ hazırda maliyyələşmə baxımından ciddi çətinlik yaşamır, çünki dollar dünyanın əsas ehtiyat valyutası hesab olunur. Bununla belə, investorları narahat edən əsas məsələ gələcəkdə qaytarılacaq vəsaitin real dəyərinin necə dəyişəcəyidir.

Blankfeinin sözlərinə görə, ABŞ dollarla borclanır və eyni zamanda dollar çap etmək imkanına malikdir. Bu səbəbdən ölkənin texniki baxımdan borc öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalı aşağıdır. Lakin o vurğulayıb ki, əsas risk illər sonra həmin borcların daha zəif alıcılıq qabiliyyətinə malik dollarla qaytarılmasıdır.

Keçmiş bank rəhbəri qeyd edib ki, dövlətlər öz milli valyutalarında borclandıqları zaman borc yükünün azalması birbaşa ödənişin dayandırılması ilə deyil, valyutanın zamanla dəyər itirməsi hesabına baş verə bilər.

Analitiklər hesab edirlər ki, yüksək inflyasiya və pul kütləsinin artması investorların qızıl və digər qoruyucu aktivlərə marağını artıran əsas amillərdən biri olaraq qalır.

  • Əlaqədar Yazılar

    Mərkəzi Bankın xarici valyuta ehtiyatları mayda 12.7 milyard ABŞ dollarını keçib
    • İyun 2, 2026

    Azərbaycan Mərkəzi Bankı valyuta bazarında alışyönlü intervensiyasını davam etdirməklə valyuta ehtiyatlarını mayda daha 26 mln. dollar artırıb. “GDP Media” 26 may 2026-cı il tarixinə olan göstəriclərə istinadən xəbər verir ki, ehtiyatların həcmi  12 milyard 712 milyon dollara yüksəlib.AMB bir ay öncə faiz dərəcəsinə dair qərarında qeyd edib ki, Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir. İlkin rəqəmlərə görə 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Eləcə də əlavə edilir ki, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93.3% üstələyir. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib. Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır.

    davamı
    İctimai nəqliyyat ödənişlərində – Yenilik
    • İyun 2, 2026

    Artıq bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə əməliyyatın aid olduğu marşrut xətti və ya metro stansiyası məlumatı əks olunur. “GDP Media” xəbər verir ki, bu barədə “Bakıkart” məlumat yayıb. Bildirilib ki, yeni funksiya istifadəçilərə ödənişlərini daha rahat izləməyə və əməliyyatları daha asan identifikasiya etməyə imkan verir. “Bu yenilik ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir”, – deyə məlumatda qeyd edilib.

    davamı