Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prycenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
GDP Media xəbər verir ki, görüş çərçivəsində Dünya Bankı tərəfindən hazırlanmış Azərbaycan üzrə Ölkə İqtisadi İcmalının təqdimatı olub. Tədbirdə hesabatın əsas nəticələri, ölkənin iqtisadi inkişaf perspektivləri və mümkün siyasət nəticələri ətrafında müzakirələr aparılıb.
Görüş zamanı həmçinin Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi həyata keçirilib.


