Azərbaycanda qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb

Azərbaycanda qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb.

Qarğıdalı təbiət hadisələrinə qarşı həssas bitkidir – xüsusilə dolu, sel-subasma, fırtına, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr bu əkinlərə zərər vurur. Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir. May ayından qarğıdalı sahələrinin sığortası başlanıb və hazırda davam etməkdədir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, fermerlər qarğıdalı sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Mil-Muğan bölgəsində qarğıdalının çoxsaylı risklərdən sığortalanması 15 manat, Şirvan-Salyan bölgəsində 17 manat, Şəki-Zaqatala bölgəsində 58 manat, Qazax-Tovuz bölgəsində isə 38 manata başa gələcək.

  • Əlaqədar Yazılar

    “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
    • İyun 5, 2026

    Son dövrlərdə Kredit Həyat Sığortasına maraq artıb. Bunun əsas səbəblərindən biri insanların kredit götürərkən gələcəkdə yarana biləcək riskləri də nəzərə…

    Davamı oxu
    İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
    • İyun 5, 2026

    “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS –…

    Davamı oxu