Brent 93,72 ABŞ dollarına düşüb

Cümə günü neft ucuzlaşır, lakin həftəni etibarlı artımla başa vurur.

“GDP Media” xəbər verir ki, Bakı vaxtı ilə saat 18:30-a olan məlumata əsasən, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bareli 93,72 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanması ilə müqayisədə 1,3 ABŞ dolları (1,37%) aşağıdır.

Nyu-York əmtəə birjasında WTI markalı neftin iyul fyuçersləri bu vaxta qədər 1,95 ABŞ dolları (2,1%) ucuzlaşaraq bareli 91,09 ABŞ dolları olub.

Ümumilikdə bu həftə Brent 3%, WTI isə 4,5% bahalaşıb.

  • Əlaqədar Yazılar

    Bitkoin 2023-cü ildən sonra ilk dəfə 200 həftəlik ortalama səviyyəsini test edir
    • İyun 5, 2026

    Bitkoinin qiyməti bu həftə 2023-cü ilin sonundan sonra ilk dəfə 200 həftəlik dəyişən orta göstəricini (200 WMA) test edib. “GDP…

    Davamı oxu
    ABŞ-ın fond bazarı bir gündə 1 trilyon dollardan çox kapitallaşma itirib
    • İyun 5, 2026

    Ötən gün ABŞ fond bazarlarında kütləvi satış dalğası qeydə alınıb. “GDP Media” xəbər verir ki, tarixi maksimumlara yaxın olan bazarda…

    Davamı oxu