SpaceX-in IPO-su meksikalı qaynaqçını milyonçu edə bilər

SpaceX-in IPO-su meksikalı qaynaqçını milyonçu edə bilər

“GDP Media” xəbər verir ki, ABŞ-ın kosmik texnologiyalar şirkəti SpaceX-in mümkün IPO-su şirkətin uzunmüddətli əməkdaşlarından birini milyonçuya çevirə bilər.

Məlumata görə, meksikalı qaynaqçı Xuan Ernandes 2015-ci ildə saatlıq 28 ABŞ dolları əməkhaqqı ilə SpaceX-də işə başlayıb. Şirkət ona həmin dövrdə 10 min ABŞ dolları dəyərində səhm opsionu təqdim edib. Ernandes isə bununla kifayətlənməyərək hər maaşından müəyyən məbləğ ayıraraq əlavə şirkət səhmləri almağa davam edib.

O, investisiyalarının bir hissəsini 2020-ci ildə sərfəli qiymətə sataraq Texas ştatında daşınmaz əmlak alıb. Hazırda isə onun əlində qalan SpaceX səhmlərinin dəyərinin təxminən 880 min ABŞ dolları olduğu bildirilir.

Ekspertlərin fikrincə, əgər SpaceX yüksək qiymətləndirmə ilə birjaya çıxarsa, Ernandesin səhmlərinin dəyəri daha da artaraq onu milyonçular sırasına daxil edə bilər.

Bu hadisə şirkət əməkdaşlarına təqdim edilən səhm opsionlarının uzunmüddətli perspektivdə necə böyük maliyyə imkanları yarada biləcəyinin növbəti nümunəsi kimi qiymətləndirilir.

  • Əlaqədar Yazılar

    Yaxın Şərqdə gərginlik neftin qiymətini 97,85 ABŞ dollarına yüksəltdi
    • İyun 8, 2026

    Yaxın Şərqdə İran və İsrail arasında hərbi gərginliyin yenidən artması dünya enerji bazarlarında neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olub. “GDP…

    Davamı oxu
    Bank of America ABŞ səhmləri üzrə mənfəətin qismən realizə edilməsini tövsiyə edir
    • İyun 8, 2026

    Bank of America (BofA) analitikləri ABŞ fond bazarında korreksiya risklərinin artdığını bildirərək investorlara mövqelərini yenidən qiymətləndirməyi tövsiyə ediblər. “GDP Media”…

    Davamı oxu