Zakir Nuriyev: “Mastercard və Visa kimi beynəlxalq ödəniş sistemlərində komissiya haqlarının endirilməsi zəruridir”

“Mastercard və Visa kimi beynəlxalq ödəniş sistemlərində komissiya haqlarının endirilməsi zəruridir”

“GDP Media” xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev bildirib ki, Mastercard və Visa kimi beynəlxalq ödəniş sistemlərində komissiya haqlarının endirilməsi zəruridir. Onun sözlərinə görə, bu, xidmətlərin daha münasib qiymətə təqdim olunmasına imkan yaradacaq.

Z. Nuriyev həmçinin vurğulayıb ki, yerli ödəniş imkanları, xüsusilə QR kod sisteminin inkişafı və tətbiq dairəsinin genişləndirilməsi ilə istifadəçilər əlavə fayda əldə edəcək. “Biz yalnız beynəlxalq kart operatorlarının tariflərini aşağı salmasını gözləməyəcəyik, eyni zamanda yerli standartlarımız və imkanlarımız vasitəsilə xidmətlərin dəyərini azaldacağıq”, – deyə o qeyd edib.

Bu təşəbbüs, yerli ödəniş sistemlərinin daha çevik və sərfəli olmasını təmin edərək, həm də beynəlxalq ödəniş şəbəkələri ilə rəqabəti gücləndirəcək.

Müəllif: Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu