ASSIST Finance ABB səhmləri üzrə marketmeyker olub

ASSIST Finance ABB səhmləri üzrə marketmeyker olacaq.

“GDP Media” xəbər verir ki, 09 iyun 2026-cı il tarixində Baku Stock Exchange (BSE) ilə ASSIST Finance arasında marketmeyker fəaliyyəti üzrə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ASSIST Finance təkrar bazarda ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-nin adi, adlı və sənədsiz səhmləri üzrə bazar tənzimləyicisi (marketmeyker) funksiyasını həyata keçirəcək. Şirkət gündəlik olaraq 15%-lik qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edəcək, eyni zamanda birjanın ticarət sistemində hər gün ən azı 50 min manat ekvivalentində aktiv alış və satış sifarişləri yerləşdirəcək.

ASSIST Finance bildirir ki, bu əməkdaşlıq ABB səhmlərinin təkrar bazarda likvidliyinin artırılmasına, investorlar üçün daha sabit, təhlükəsiz və aktiv ticarət mühitinin formalaşdırılmasına xidmət edəcək. Şirkətin qiymətləndirməsinə görə, marketmeyker institutunun gücləndirilməsi kapital bazarlarının inkişafına, qiymətlərin daha effektiv formalaşmasına və investorların bazara çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək.

ASSIST Finance həmçinin vurğulayıb ki, şirkət bundan sonra da kapital bazarlarının inkişafı və investorların etimadının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu