“Apple”ın yeni “Siri AI” süni intellekt yeniləməsinin təqdimatından sonra şirkətin səhmləri 4,95% ucuzlaşıb. Bazar ertəsi günü fond bazarında baş verən bu ucuzlaşma nəticəsində “Apple”ın bazar dəyəri 230 milyard dollar azalıb.
Ekspertlərin bildirdiyinə görə, cümə günü baş verən kəskin enişdən sonra ABŞ fond bazarında genişmiqyaslı yeni ucuzlaşma dalğası müşahidə edilməyib. Bununla belə, səhmlərdə ciddi sıçrayış da qeydə alınmayıb və bazar sabitliyini qoruyub.
Analitiklər investorları “Siri AI”nın bazar reaksiyasını izləməyə və gələcək süni intellekt yeniləmələrinin şirkətin maliyyə göstəricilərinə təsirini diqqətlə dəyərləndirməyə çağırırlar.



