Qızılın dünya bazarındakı qiyməti iyunun 11-də eniş nümayiş etdirib.
“GDP Media” xəbər verir ki, investorların diqqəti Yaxın Şərqdəki geosiyasi vəziyyətə yönəldiyi bir vaxtda qızıl kotirovkalarında azalma qeydə alınıb.
Məlumata əsasən, Comex əmtəə birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 0,5 % azalaraq bir unsiya üçün 4 112,3 ABŞ dolları təşkil edib.Qiymətli metallar bazarında digər metallar da ucuzlaşıb. Belə ki, gümüşün qiyməti 0,9 % azalaraq bir unsiya üçün 64,14 ABŞ dollarına, platinin qiyməti isə 1,2 % enərək 1 671,5 ABŞ dollarına düşüb.


