ABB, Davr Bank və Özbəkistan Nazirliyi arasında TIIF 2026-da üçtərəfli əməkdaşlıq sazişi imzalanıb-Abbas İbrahimovdan açıqlama

 Daşkənddə keçirilən V Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) çərçivəsində Azərbaycanın aparıcı banklarından biri olan ABB, Özbəkistanın Davr Bankı və Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyi arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Sənəd Azərbaycanın Baş naziri Əli Əsədov və Özbəkistanın Baş nazirinin iştirakı ilə rəsmiləşdirilib.

“GDP Media” xəbər verir ki, forum çərçivəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və baş nazir Əli Əsədov arasında keçirilən yüksək səviyyəli görüşdə iştirak edib. Görüşdə ölkələrarası ticarət, investisiya, nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə layihələrin həyata keçirilməsi perspektivləri ətraflı müzakirə olunub.

Yeni imzalanan üçtərəfli sazişə əsasən, ABB Maliyyə Qrupu DavrBank-ın kapitalında iştirak etmək öhdəliyini təsdiqləyib. Tərəflər Özbəkistanda bank və maliyyə xidmətlərinin inkişafını dəstəkləmək, xüsusilə də ticarətin maliyyələşdirilməsi (trade finance), rəqəmsal bankçılıq, müasir ödəniş infrastrukturunun qurulması və kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) maliyyələşdirilməsi istiqamətlərində birgə təşəbbüslər irəli sürməyi planlaşdırır.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu addımı şərh edərkən bildirib:
“Bu saziş Azərbaycan-Özbəkistan dostluq və tərəfdaşlıq münasibətlərinin iqtisadi müstəvidə daha da möhkəmlənməsinə xidmət edəcək. ABB olaraq Mərkəzi Asiya bazarındakı varlığımızı gücləndirməkdən və regional iqtisadi inteqrasiyaya töhfə verməkdən məmnunuq.”

Qeyd edək ki, Mərkəzi Asiyanın ən nüfuzlu və ən böyük investisiya platformalarından biri hesab edilən TIIF 2026 artıq iki gündür ki, öz işini davam etdirir. Forumda regional iqtisadi artımın sürətləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məqsədilə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli rəsmilər, beynəlxalq investorlar və maliyyə qurumlarının nümayəndələri bir araya gəlib.

  • Əlaqədar Yazılar

    Taleh Kazımov: Azərbaycan İslam maliyyəsi ekosisteminin formalaşmasında qlobal körpü rolunu oynamağa hazırdır
    • İyun 17, 2026

    Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov İslam İnkişaf Bankı (İİB) Qrupunun 20-ci Forumunda çıxış edərək ölkəmizin İslam…

    Davamı oxu
    PAŞA Bank-ın baş maliyyə inzibatçısı: “Azərbaycan Avropa, Asiya, Türkiyə və Yaxın Şərqi birləşdirən mərkəzdir”
    • İyun 16, 2026

    “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, PAŞA Bank ASC-nin IPO üzrə abunə yazılışı başa…

    Davamı oxu