İranla atəşkəs razılaşması neft bazarını sarsıtdı: qiymətlər müharibədən bəri ən aşağı səviyyəyə enib

Yaxın Şərqdə gözlənilən sülh addımı qlobal enerji bazarında kəskin reaksiyaya səbəb olub.

GDP Media” xəbər verir ki,İranla atəşkəs razılaşmasının əldə olunmasından sonra neft qiymətləri müharibə dövründən bəri ən aşağı göstəriciyə düşüb.

Beynəlxalq bazarda WTI (West Texas Intermediate) neftinin qiyməti 73 dollar səviyyəsində qərarlaşıb. Bu, ötən ilin aprel ayında qeydə alınan 107 dollarlıq pik göstərici ilə müqayisədə 38%ucuzlaşma deməkdir. Analitiklərin fikrincə, bu kəskin düşüşün əsas səbəbi regionda geosiyasi gərginliyin azalması və tədarükün bərpa olunacağı gözləntisidir.

ABŞ enerji şirkətlərinin səhmləri açılışda çökür

Neft qiymətlərindəki tənəzzül birbaşa ABŞ-ın iri neft şirkətlərinin səhmlərinə də təsir göstərib. Birja açılışında enerji sektoru ağır itkilərlə üzləşir:

  • Chevron – 2,2% dəyər itirib
  • Exxon Mobil – 3% geriləyib
  • ConocoPhillips – 2,8% ucuzlaşıb
  • Occidental Petroleum Corp. – 2,8% enib
  • APA Corp. – 3,8% aşağı düşüb

Bazar iştirakçıları yaxın günlərdə neft hasilatının artacağı və qiymətlərin daha da düşə biləcəyi ehtimalını irəli sürürlər. Lakin bəzi ekspertlər uzunmüddətli perspektivdə tələbatın yenidən artacağını və bazarın tarazlaşacağını proqnozlaşdırırlar.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu