Brent 108.01 ABŞ dollarına qədər bahalaşıb

Neft qiymətləri çərşənbə axşamı Yaxın Şərqdə yeni gərginlikləşmə ilə bağlı narahatlıqlar səbəbindən artmaqda davam edir.

GDP Media xəbər verir ki, Londonun ICE Futures birjasında iyul ayı üzrə Brent markalı neftin fyüçersləri Bakı vaxtı ilə saat 18:09-a olan məlumata əsasən, əvvəlki ticarətin bağlanması ilə müqayisədə 3,8 dollar (3,65%) daha yüksək olmaqla, barel üçün 108,01 dollar təşkil edir.

Nyu-York əmtəə birjasında iyun ayı üzrə WTI markalı neftin fyüçersləri bu vaxta olan məlumata görə, qiymətdə 3,76 dollar (3,83%) artaraq barel üçün 101,83 dollara yüksəlib.

Amerika-İran münaqişəsinin nizamlanması şərtləri ilə bağlı tərəflərin mövqelərini yaxınlaşdırmağa yönəlmiş növbəti cəhd nəticəsiz qalmışdır.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu