Hesablarınızı tək yerdən idarə edin – Mərkəzi Bankdan açıq bankçılıq izahı

Azərbaycanda açıq bankçılıq infrastrukturu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən idarə olunan mərkəzləşdirilmiş platforma üzərində qurulub və hazırda ekosistemə 21 bank inteqrasiya olunub.

Bu barədə Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin aparıcı mütəxəssisi Didəkənan Elmar məlumat verib.

Onun sözlərinə görə, açıq bankçılıq müştərinin razılığı əsasında onun müxtəlif banklardakı maliyyə məlumatlarının təhlükəsiz formada digər maliyyə institutları ilə paylaşılmasını nəzərdə tutur. Bu yanaşma istifadəçilərə hesablarını vahid platforma üzərindən idarə etmək, müxtəlif banklardakı məlumatları bir interfeysdə görmək və ödəniş əməliyyatlarını daha rahat həyata keçirmək imkanı yaradır.

Açıq bankçılığın əsas xidmətləri

Bildirilir ki, açıq bankçılıq sistemində iki əsas xidmət növü mövcuddur.

Bunlardan biri ödəniş əməliyyatları üzrə vasitəçilik xidməti – PIS (Payment Initiation Service) modelidir. Bu xidmət istifadəçinin bank hesabından ödənişin digər tətbiqlər vasitəsilə başladılmasına imkan verir.

Digər xidmət isə AIS (Account Information Service) – hesab üzrə məlumat xidmətidir. Bu sistem vasitəsilə istifadəçilər müxtəlif bank hesablarının qalıqları, əməliyyat tarixçəsi və rekvizitləri barədə məlumatları vahid tətbiq üzərindən əldə edə bilirlər.

Mərkəzləşdirilmiş platforma modeli tətbiq olunur

Azərbaycanda açıq bankçılıq infrastrukturu Mərkəzi Bankın idarə etdiyi vahid API gateway və developer portal əsasında fəaliyyət göstərir.

Mövcud modelə əsasən, hər bir təşkilat öz API-lərini mərkəzi gateway sisteminə inteqrasiya edir. Üçüncü tərəf təchizatçılar (TPP) isə hər bankla ayrıca müqavilə bağlamadan Mərkəzi Bankın vahid API-ləri vasitəsilə bütün bankların sistemlərinə çıxış əldə edə bilirlər.

Ekosistemdə iştirak edən təşkilatların sayı açıqlanıb

Hazırda açıq bankçılıq ekosistemində:

  • 21 bank ödəniş hesabına xidmət edən bank kimi,
  • 8 bank üçüncü tərəf təchizatçı qismində,
  • 7 kommersiya bankı və fintech şirkəti,
  • 2 elektron pul təşkilatı test mərhələsində,
  • 1 elektron pul təşkilatı isə test mərhələsini tamamlamış formada iştirak edir.

2030-cu ilə qədər yeni hədəflər müəyyənləşdirilib

“Maliyyə Sektorunun İnkişaf Strategiyası” çərçivəsində 2027–2030-cu illər üzrə açıq bankçılıq sahəsində dörd əsas hədəf müəyyən edilib.

Bu hədəflərə hüquqi şəxslər üçün PIS inteqrasiyasının tətbiqi, “Açıq Maliyyə” modelində bank və digər maliyyə təşkilatlarının ekosistemə qoşulması, iştirakçı sayının artırılması və PIS xidmətinin müxtəlif platformalarda “PIS as a Service” modeli əsasında tətbiqi daxildir.

Didəkənan Elmar bildirib ki, nəzərdə tutulan tədbirlər Azərbaycanda açıq bankçılığın daha geniş yayılmasına və maliyyə xidmətlərinin rəqəmsallaşmasının sürətlənməsinə töhfə verəcək.

  • Əlaqədar Yazılar

    İsrafil Məmmədov: “ARDNF-nin İtaliyaya investisiya qoyuluşu 3 milyard dollardır”
    • İyun 19, 2026

    Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiyalarının ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir. “GDP Media” ARDNF-ə…

    Davamı oxu
    Vəfa Rüstəmova Bir ekosisteminin daxili kommunikasiyalarına rəhbərlik edəcək
    • İyun 18, 2026

    Kommunikasiya və korporativ əlaqələr sahəsində uzunillik təcrübəyə malik Vəfa Rüstəmova fəaliyyətini yeni vəzifədə davam etdirir. “GDP Media”xəbər verir ki, o,…

    Davamı oxu