Kriptovalyuta bazarında son bir saat ərzində 600 milyon dollarlıq hesab məcburi bağlanıb

Kriptovalyuta bazarında son bir saat ərzində 600 milyon dollarlıq hesab məcburi şəkildə bağlanıb.

GDP Media xəbər verir ki,səskin qiymət dəyişiklikləri nəticəsində yüksək riskli və kredit vəsaiti ilə açılmış əməliyyatlar böyük itkilərlə üzləşib.Bazar iştirakçıları bildirirlər ki, ani satış dalğası xüsusilə yüksək levereclə ticarət aparan investorları çətin vəziyyətdə qoyub. Nəticədə yüz minlərlə treyderin hesabı avtomatik olaraq bağlanaraq likvidasiya edilib.Analitiklərin fikrincə, bu cür kütləvi bağlanmalar bazarda volatilliyi daha da artırır və qiymətlər üzərində əlavə təzyiq yaradır. Ekspertlər hesab edirlər ki, yaxın saatlarda bazar lokal minimum səviyyəni müəyyən etməyə çalışacaq.Qeyd olunur ki, belə böyük həcmdə likvidasiya bazarda müvəqqəti ucuzlaşma siqnalları yaratsa da, bu, qiymətlərin qısa müddətdə yenidən yüksələcəyinə zəmanət vermir.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu