ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin tezliklə başa çatacağı ilə bağlı bəyanatından sonra neftin qiymətində nəzərəçarpacaq düşüş qeydə alınıb.

“GDP Media” xəbər verir ki, Bloomberg-in məlumatına görə, saat 18:18-ə olan göstəricilərə əsasən, Brent markalı neft bir barel üçün 104,7 dollara enib. Bu, əvvəlki göstərici ilə müqayisədə 6,58 dollar və ya 5,91% ucuzlaşma deməkdir.Eyni zamanda NYMEX birjasında WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 5,51 dollar və ya 5,29% azalaraq bir barel üçün 98,64 dollar təşkil edib

.Ağ Evdə konqresmenlərlə görüşdə Tramp bildirib ki, İranla müharibə “çox tez” başa çatacaq və Tehran “razılaşma əldə etməyə çox istəklidir”. O, bir qədər əvvəl isə ABŞ-ın yenidən hücum əməliyyatına keçə biləcəyini də qeyd etmişdi.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu