12 min müraciət, 5% gəlir və dividend hüququ: PAŞA Bank-ın IPO-su 12 iyun 2026-dək uzadıldı

PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifi (IPO) üzrə abunə yazılışı müddətini 12 iyun 2026-cı ilədək uzadıb.

GDP Media xəbər verir ki, qərar yüksək investor marağı və daha çox şəxsin səhmdar olması məqsədilə qəbul olunub.

Hazırda 12 minə yaxın müraciət daxil olub. İnvestorlar həm 2025, həm də 2026-cı il dividendlərini, həmçinin abunə dövründə yerləşdirilən vəsaitlər üzrə illik 5% gəlir (“overnight”) almaq hüququnu saxlayır.

Səhmin qiyməti 55 AZN, minimal alış 1 səhmdir. Son müraciət tarixi 12 iyun 2026-cı ildir.

Ətraflı: ipo.pashabank.az

Əlaqədar Yazılar

SOFAZ gələn il IFSWF-yə sədrlik edəcək – IFSWF-in Proqram Direktoru Eline S açıqlayıb
  • May 14, 2026

Beynəlxalq Sərvət Fondları Forumunun (IFSWF) Proqram Direktoru Eline S. keçən həftə Bakıda Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) səfər edib. İki gün ərzində SOFAZ-ın icraçı direktoru, onun müavini, həmçinin investisiya, risk, kommunikasiya, strateji layihələr və HR komandaları ilə görüşlər keçirilib. GDP Media xəbər verir ki, Eline S. sosial media hesabında paylaşdığı açıqlamada SOFAZ-da institusional düşüncənin dərinliyindən heyran qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu, portfel davamlılığı, ESG inteqrasiyası, istedadların inkişafı və uzunmüddətli mandatın ictimaiyyətə çatdırılması kimi məsələləri əhatə edir. Qeyd edilib ki, Azərbaycan SOFAZ-ı 1999-cu ildə yaradıb, 2009-cu ildə IFSWF-nin təsis iclasına ev sahibliyi edib və Santiago Prinsiplərinin hazırlanmasına töhfə verib. SOFAZ gələn il IFSWF-yə sədrlik etməyə hazırlaşır. Eline S. göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və gələcək səfərləri, həmçinin digər IFSWF üzvlərini ziyarət etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Oxumağa davam edin
Türkiyə İranla müharibə fonunda valyuta ehtiyatlarını rekord sürətlə tükəndirir
  • May 13, 2026

Bloomberg agentliyinin məlumatına görə, Türkiyənin valyuta ehtiyatları mart ayında 43,4 milyard dollar azalıb. GDP Media xəbər bu, bütün müşahidə tarixində ən böyük aylık düşüşdür. Valyuta ehtiyatlarının bu həcmdə azalmasının əsas səbəbi İranla müharibə fonunda inkişaf edən bazar aktivlərinin satışı və Türkiyə lirəsinə artan təzyiqdir. Eyni zamanda, ölkənin cari hesab kəsiri də nəzərəçarpacaq dərəcədə artıb. Mart ayında bu göstərici əvvəlki aydakı 7,3 milyard dollardan 9,7 milyard dollara yüksəlib. İqtisadiyyata güclü zərbə vuran digər amil neft və qaz qiymətlərinin kəskin artımıdır. Bu fonda bəzi beynəlxalq banklar Türkiyə lirəsi və ümumi iqtisadiyyatla bağlı proqnozlarını pisləşdirirlər. Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini rəsmi olaraq 37% səviyyəsində saxlasa da, faktiki olaraq siyasətini sərtləşdirib. Bank daha bahalı kreditləşməyə keçərək faizi 40%-ə çatdırıb. Aprel ayında inflyasiya 32,4%-ə qədər sürətlənib. İqtisadçılar 2026-cı ilin sonu üçün inflyasiya proqnozunun yüksəldiləcəyini gözləyirlər.

Oxumağa davam edin