GDP Media xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib.
Hadisə nəticəsində Birmarket-ə məxsus anbar sahəsi də zərər görüb və həmin ərazinin fəaliyyəti müvəqqəti dayandırılıb.Şirkətdən verilən məlumata görə, yanğın zamanı əməkdaşlara fiziki zərər dəyməyib.
Hazırda anbarda olan mallar təhlükəsiz əraziyə daşınır.Bildirilir ki, bu səbəbdən müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.Aidiyyət qurumları tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Şirkət həm qurumlara, həm də anlayış göstərən müştərilərə təşəkkür edib.


