ABB yeni şirkət yaradır- Şirkətin fəaliyyət istiqamətləri açıqlandı

Dövlət bankı ABB investisiya ekosistemini böyütmə yolunda “ABB Asset Management” törəmə şirkətinin yaradılması nəzərdə tutulur.

“GDP Media” xəbər verir ki, səhmdarların Ümumi Yığıncağında bu məsələ müsbət qarşılanıb.

Qeyd edilir ki, bu şirkət vasitəsilə ABB-nin yeni 2026-2028-ci illər üzrə inkişaf strategiyasının icra edilməsi və dəstəklənməsi məqsədilə qeyri-bank aktivlərinə, yeni bizneslərə investisiyalar, eləcə də özəl kapital fondlarına və sinergiya potensialı olan startaplara investisiya qoyuluşu imkanları dəyərləndiriləcək.

Bununla yanaşı tərəfdaşlarla birgə “Beyond Banking” biznes layihələrinin reallaşdırılması məsələləri nəzərdən keçiriləcək.Xatırladaq ki, hazırda ABB-nin “Azərikard” prosessinq mərkəzi, ABB Moskva Bankı, “ABB-Invest İnvestisiya Şirkəti”, “ABB İnnovasiya” MMC kimi törəmə müəssisələri var.

  • Əlaqədar Yazılar

    ABB, Davr Bank və Özbəkistan Nazirliyi arasında TIIF 2026-da üçtərəfli əməkdaşlıq sazişi imzalanıb-Abbas İbrahimovdan açıqlama
    • İyun 17, 2026

     Daşkənddə keçirilən V Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) çərçivəsində Azərbaycanın aparıcı banklarından biri olan ABB, Özbəkistanın Davr Bankı və Özbəkistan…

    Davamı oxu
    Taleh Kazımov: Azərbaycan İslam maliyyəsi ekosisteminin formalaşmasında qlobal körpü rolunu oynamağa hazırdır
    • İyun 17, 2026

    Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov İslam İnkişaf Bankı (İİB) Qrupunun 20-ci Forumunda çıxış edərək ölkəmizin İslam…

    Davamı oxu