ABŞ bazarı tarixi rekord vurdu: 77 trilyon dollarlq kapitallaşma

ABŞ fond bazarı tarixində ilk dəfə olaraq ümumi kapitallaşma həddində 77 trilyon dolları keçib. Bu rekord göstərici, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Çin lideri Si Cinping arasında Çində aparılan danışıqlar fonunda qeydə alınıb.

GDP Media xəbər verir ki,bazarın yüksəlişi investorların gözləntiləri və iki ölkə arasında iqtisadi dialoqun intensivləşməsi ilə əlaqələndirilir. Analitiklərə görə, Tramp və Si Cinpingin görüşü ticarət müharibəsinin yumşaldılması, tariflərin azaldılması və ya yeni iqtisadi razılaşmalar istiqamətində müsbət siqnal kimi qiymətləndirilir.

Xatırladaq ki, son illərdə ABŞ-Çin iqtisadi münasibətlərində gərginlik yüksək səviyyədə idi. Buna baxmayaraq, mövcud danışıqlar bazar iştirakçılarında nikbinlik yaradıb. Mütəxəssislər qeyd edirlər ki, 77 trilyon dollarlq kapitallaşma qlobal iqtisadiyyatda ABŞ-ın aparıcı mövqeyini bir daha təsdiqləyir.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu