ABŞ fond indeksləri yüksəlib, Cisco səhmləri kəskin bahalaşıb

Cümə axşamı günü ticarətin başlanğıcında ABŞ fond bazarlarında yüksəliş müşahidə olunub. İnvestorlar ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinping arasında gedən danışıqları, açıqlanan statistik göstəriciləri və şirkətlərin hesabatlarını qiymətləndirirlər.

GDP Media xəbər verir ki, Cisco Systems şirkətinin səhmləri ticarət zamanı 13% bahalaşaraq liderlər sırasında olub. Şəbəkə avadanlıqları istehsalçısı güclü üçüncü rüb nəticələrindən sonra cari maliyyə ili üçün proqnozlarını yaxşılaşdırıb və cari rübdə işçi sayını 5% azaldacağını açıqlayıb.

Bununla yanaşı, Nvidia səhmləri də 3% dəyər qazanıb. Mətbuata sızan məlumata görə, ABŞ Ticarət Nazirliyi təxminən on Çin şirkətinə Nvidia-nın istehsalı olan H200 süni intellekt çiplərini almağa icazə verib.

Göstəricilər (Bakı vaxtı ilə saat 17:00-a olan məlumat):

  • Dow Jones – 0,5% artım (49 943,21 bənd)
  • S&P 500 – 0,29% artım (7 465,69 bənd)
  • Nasdaq – 0,38% artım (26 502,16 bənd)
  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu