ABŞ fond bazarı bir gün ərzində 1 trilyon dollardan çox kapitallaşma itirib
Tarif siyasəti və makroiqtisadi göstəricilərlə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda ABŞ fond bazarında genişmiqyaslı satış dalğası müşahidə olunub.
GDP xəbər verir ki, kəskin eniş əsas indekslərin hamısını əhatə edib, ən böyük təzyiq isə texnologiya sektorunda hiss olunub.
Analitiklərin fikrincə, bu proses uzunmüddətli yüksəliş rallisindən sonra bazarda yorğunluğun artdığını göstərir. İnvestorlar risk mükafatını yenidən qiymətləndirərək yaxın aylarda daha yüksək volatillik ehtimalını nəzərə almağa başlayıblar.
Ekspertlər qeyd edirlər ki, belə şəraitdə korreksiya bazarda aktivlərin real və ədalətli qiymətlərinin yenidən formalaşması baxımından təbii proses hesab olunur. Xüsusilə texnologiya şirkətlərinin yüksək qiymətləndirmələri satış təzyiqini daha da gücləndirib


