Asiya İnkişaf Bankının nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasının infrastruktur layihələri ilə tanış olub

Bu gün, Asiya İnkişaf Bankının (ADB) infrastruktur və şəhərsalma sektorlarını təmsil edən nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) səfər edib.

“GDP Media” xəbər verir ki, görüş zamanı ƏAİZ İdarəsinin rəsmisi zonanın regionda mühüm sənaye, logistika və investisiya mərkəzi kimi strateji rolu barədə ətraflı təqdimatla çıxış edib.

Nümayəndə heyətinə zona daxilində həyata keçirilən genişmiqyaslı infrastruktur işləri – o cümlədən nəqliyyat bağlantılarının, kommunal şəbəkələrin, mühəndislik sistemlərinin inkişafı və beynəlxalq standartlara cavab verən müasir sənaye obyektlərinin yaradılması barədə məlumat verilib.

Səfər çərçivəsində tərəflər gələcək əməkdaşlıq perspektivlərini, xüsusilə zonanın infrastrukturunun davamlı inkişafının maliyyələşdirilməsini müzakirə ediblər. Həmçinin Ələt ƏAİZ investorları tərəfindən reallaşdırılan layihələrin dəstəklənməsi və maliyyələşdirilməsi üçün potensial mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki tərəf davamlı iqtisadi inkişafın təşviqi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu