“BirMarket”in rəhbəri Samir Məmmədov: “Lökbatandakı yanğın BirMarket-ə maddi ziyan vursa da, işimiz yeni anbarda bərpa olunub”

“Bir Ecosystem”in tərkibində fəaliyyət göstərən “BirMarket”in Lökbatan qəsəbəsində yerləşən anbarında baş vermiş yanğından sonra şirkət fəaliyyətini yeni anbarda davam etdirir.

GDP Media xəbər verir ki, bu barədə “BirMarket”in baş icraçı direktoru Samir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının çevik müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

Şirkət rəhbəri bildirib ki, baş verən hadisə nəticəsində “BirMarket” müəyyən maddi zərərə məruz qalsa da, komanda qısa müddətdə səfərbər olunaraq müştərilərin zərər çəkməməsi üçün operativ tədbirlər həyata keçirib.

“Hazırda malların transferi təşkil olunub və fəaliyyətimizi yeni anbarımızda ştat rejimində davam etdiririk”, – deyə S.Məmmədov qeyd edib.

O, yanğından sonra intensiv çalışan logistika, məhsul və kateqoriya komandalarına, həmçinin “Bir Ecosystem” təhlükəsizlik komandasına təşəkkürünü bildirib. Şirkət rəhbəri dəstəyə görə Rövşən Allahverdiyev və PASHA Holding-ə minnətdarlığını ifadə edib.

Bununla yanaşı, “BirMarket” rəhbəri tərəfdaş şirkətlərin də mənəvi dəstəyini xüsusi vurğulayıb. O, xüsusilə Baku Electronics və Kontakt Home-un göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib.

Samir Məmmədov yanğından zərər çəkən bütün tərəfdaşlara “keçmiş olsun” diləklərini çatdıraraq, onların fəaliyyətlərini qısa müddətdə tam bərpa etmələrini arzulayıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu