Türkiyə maliyyə bazarlarında dünən qeydə alınan kəskin enişdən sonra bərpa prosesi başlayıb.
“GDP Media”Ölkənin əsas fond göstəricilərindən olan Borsa Istanbul 100 indeksi gün ərzində 4,4% yüksələrək əvvəlki sessiyada itirdiyi mövqelərin böyük hissəsini bərpa edib.
Xatırladaq ki, bir gün əvvəl bazarda güclü satış dalğası müşahidə olunmuş, indeks 6,1% geriləmişdi. Analitiklər bildirirlər ki, son yüksəliş investorların bazara yenidən maraq göstərməsi və əvvəlki panik satışların səngiməsi ilə bağlıdır.


