Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur

Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) üzvük bazası genişlənməyə davam edir. “MFX-Trading İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti AKBA üzvlüyünə qəbul olunub.

GDP Media xəbər verir ki, AKBA-nın yaydığı məlumatda bildirilir ki, “MFX-Trading İnvestisiya Şirkəti” ASC Azərbaycan Respublikasının müvafiq lisenziyası əsasında fəaliyyət göstərən peşəkar investisiya qurumudur. Şirkətə investisiya şirkəti fəaliyyətinə dair müddətsiz lisenziya 19 oktyabr 2020-ci il tarixində təqdim edilmişdir. Şirkət fərdi və institusional investorlara qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarında geniş xidmət spektri təqdim edir.

Şirkətin missiyası etibarlılıq, dürüstlük və şəffaflıq prinsiplərinə əsaslanaraq investorlara peşəkar və məsuliyyətli xidmət göstərmək, uzunmüddətli etimada əsaslanan tərəfdaşlıqlar qurmaqdır. Vizyonu isə ölkədə və regionda innovativ həlləri və etibarlılığı ilə seçilən aparıcı investisiya şirkətlərindən birinə çevrilməkdir.

“Məmnuniyyətlə qeyd edirik ki, dəyərli “MFX-Trading”in də AKBA üzvlüyünə qoşulması ilə ölkədə investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan bütün şirkətlər artıq Assosiasiyada təmsil olunur. Bu mühüm addım kapital bazarlarında institusional əməkdaşlığın gücləndirilməsi və sektor iştirakçıları arasında vahid platformanın formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır”,- məlumatda deyilir.

  • Əlaqədar Yazılar

    ABŞ fond indeksləri rekord həddi yeniləyərək cüzi artıb
    • İyun 4, 2026

    ABŞ fond indeksləri bazar ertəsi günü ticarəti cüzi artımla başa vurub və rekord maksimum həddi yeniləyib. “GDP Media” xəbər verir…

    Davamı oxu
    Qlobal maliyyə bazarlarında eniş: Qızıl istisna olmaqla bütün əsas aktivlər ucuzlaşıb
    • İyun 4, 2026

    Qlobal maliyyə və əmtəə bazarlarında ticarət sessiyası əsasən mənfi dinamika ilə müşayiət olunub. Riskli aktivlərə marağın azalması fonunda kriptovalyutalar, enerji…

    Davamı oxu