Əli Əsədov: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir

Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsinə və davamlı artımın təmin edilməsinə yönəlmiş irimiqyaslı iqtisadi təşəbbüslərin həyata keçirilməsini aktivləşdirib.

“GDP Media” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib.“Bu gün Azərbaycan dayanıqlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sahəsi və iqtisadiyyatın yüksək texnologiyalı sahələri ardıcıl olaraq inkişaf edir”, – o qeyd edib.

Baş nazirin sözlərinə görə, dövlət siyasətinin əsas prioritetlərindən biri “yaşıl enerji”nin inkişafı olaraq qalır: “Bərpa olunan enerji mənbələri sahəsindəki irimiqyaslı layihələr təkcə ekoloji dayanıqlığın möhkəmlənməsinə kömək etmir, həm də ölkənin investisiya və ixrac potensialının genişlənməsinə xidmət edir”.

Ə.Əsədov vurğulayıb ki, “yaşıl enerji zonaları”nın yaradılması, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların və “ağıllı şəhər”lər və “ağıllı kənd”lər konsepsiyalarının tətbiqi ilə dayanıqlı inkişafın keyfiyyətcə yeni modelinin həyata keçirildiyi Qarabağ bölgəsinin bərpasına xüsusi diqqət yetirilir.

“Artıq bu gün region iqtisadi fəallıq, investisiyalar və dayanıqlı inkişaf üçün mühüm məkana çevrilir”, – o əlavə edib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat və logistika qovşağı rolunu möhkəmləndirir: “İrimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit potensialının genişlənməsinə və logistik qarşılıqlı əlaqənin gücləndirilməsinə kömək edir”.

Baş nazir diqqətə çatdırıb ki, Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsinə və davamlı artımın təmin edilməsinə yönəlmiş irimiqyaslı iqtisadi təşəbbüslərin həyata keçirilməsini aktivləşdirib:

“2025-ci ilin dekabrında texnoloji sektorun, innovasiyaların və rəqəmsal transformasiyanın sürətli inkişafını nəzərdə tutan 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası təsdiq edilib. Bütövlükdə bu təşəbbüslər, qeyri-neft sektorunun davamlı artımı və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Azərbaycanın texnologiyalara, infrastrukturun inkişafına və regional inteqrasiyaya yönəlmiş yeni iqtisadiyyat modelinin formalaşmasına kömək edir”.

  • Əlaqədar Yazılar

    “Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik”
    • İyun 22, 2026

    İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla…

    Davamı oxu
    Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
    • İyun 22, 2026

    Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub. GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti…

    Davamı oxu