Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub.
GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Serdar Berdımuhamedov iştirak ediblər.
Tanker Azərbaycan mütəxəssisləri tərəfindən Bakı Gəmiqayırma Zavodunda inşa edilib.
Onun əsas texniki xüsusiyyətləri:
- uzunluğu — 141 metr;
- eni — 16,9 metr;
- su çəkimi — 4,54 metr;
- dedveyti — 7 875 tona çatır.
Bu günə qədər Bakı Gəmiqayırma Zavodu 14 gəmi inşa edib, 170-dən çox gəmiyə təmir işləri görüb və hazırda daha 17 layihə üzərində işləyir.


