Mərkəzi Bank əlilliyi olan şəxslərin hüquqları ilə bağlı monitorinq görüşündə təmsil olunub

Mərkəzi Bank əlilliyi olan şəxslərin hüquqları ilə bağlı monitorinq görüşündə təmsil olunub

GDP Media xəbər verir ki, Mərkəzi Bank DOST Agentliyinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində keçirilən növbəti görüşdə təmsil olunub.

Görüş zamanı əlilliyi olan şəxslərin hüquqlarının qorunması və maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara bu istiqamətdə 2026-cı ildə icra olunması nəzərdə tutulan monitorinq məqsədləri, qarşıda duran vəzifələr və digər mövzularla bağlı məlumat verilib.

Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov bir sıra cari məsələlərlə bağlı aparılan müzakirələr çərçivəsində Mərkəzi Bankın dəstəyi ilə maliyyə institutları ilə birgə həyata keçirilmiş təşəbbüslər barədə məlumat verib.

  • Əlaqədar Yazılar

    Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
    • İyun 19, 2026

    17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. Səsvermənin…

    Davamı oxu
    “Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
    • İyun 19, 2026

    “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “GDP Media” xəbər verir ki, bu barədə bankın Müşahidə…

    Davamı oxu