Beynəlxalq Sərvət Fondları Forumunun (IFSWF) Proqram Direktoru Eline S. keçən həftə Bakıda Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) səfər edib. İki gün ərzində ARDNF-ın icraçı direktoru, onun müavini, həmçinin investisiya, risk, kommunikasiya, strateji layihələr və HR komandaları ilə görüşlər keçirilib.
GDP Media xəbər verir ki, Eline S. sosial media hesabında paylaşdığı açıqlamada ARDNF-də institusional düşüncənin dərinliyinə heyran qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu, portfel davamlılığı, ESG inteqrasiyası, istedadların inkişafı və uzunmüddətli mandatın ictimaiyyətə çatdırılması kimi məsələləri əhatə edir.
Qeyd edilib ki, Azərbaycan ARDNF-ı 1999-cu ildə yaradıb, 2009-cu ildə IFSWF-nin təsis iclasına ev sahibliyi edib və Santiago Prinsiplərinin hazırlanmasına töhfə verib. ARDNF gələn il IFSWF-yə sədrlik etməyə hazırlaşır.
Eline S. göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və gələcək səfərləri, həmçinin digər IFSWF üzvlərini ziyarət etməyi səbirsizliklə gözlədiyini qeyd edib.




