Türkiyə İranla müharibə fonunda valyuta ehtiyatlarını rekord sürətlə tükəndirir

Bloomberg agentliyinin məlumatına görə, Türkiyənin valyuta ehtiyatları mart ayında 43,4 milyard dollar azalıb.

GDP Media xəbər bu, bütün müşahidə tarixində ən böyük aylık düşüşdür.

Valyuta ehtiyatlarının bu həcmdə azalmasının əsas səbəbi İranla müharibə fonunda inkişaf edən bazar aktivlərinin satışı və Türkiyə lirəsinə artan təzyiqdir.

Eyni zamanda, ölkənin cari hesab kəsiri də nəzərəçarpacaq dərəcədə artıb. Mart ayında bu göstərici əvvəlki aydakı 7,3 milyard dollardan 9,7 milyard dollara yüksəlib.

İqtisadiyyata güclü zərbə vuran digər amil neft və qaz qiymətlərinin kəskin artımıdır. Bu fonda bəzi beynəlxalq banklar Türkiyə lirəsi və ümumi iqtisadiyyatla bağlı proqnozlarını pisləşdirirlər.

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini rəsmi olaraq 37% səviyyəsində saxlasa da, faktiki olaraq siyasətini sərtləşdirib. Bank daha bahalı kreditləşməyə keçərək faizi 40%-ə çatdırıb. Aprel ayında inflyasiya 32,4%-ə qədər sürətlənib. İqtisadçılar 2026-cı ilin sonu üçün inflyasiya proqnozunun yüksəldiləcəyini gözləyirlər.

  • Əlaqədar Yazılar

    SOFAZ gələn il IFSWF-yə sədrlik edəcək – IFSWF-in Proqram Direktoru Eline S açıqlayıb
    • May 14, 2026

    Beynəlxalq Sərvət Fondları Forumunun (IFSWF) Proqram Direktoru Eline S. keçən həftə Bakıda Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) səfər edib. İki gün ərzində SOFAZ-ın icraçı direktoru, onun müavini, həmçinin investisiya, risk, kommunikasiya, strateji layihələr və HR komandaları ilə görüşlər keçirilib. GDP Media xəbər verir ki, Eline S. sosial media hesabında paylaşdığı açıqlamada SOFAZ-da institusional düşüncənin dərinliyindən heyran qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu, portfel davamlılığı, ESG inteqrasiyası, istedadların inkişafı və uzunmüddətli mandatın ictimaiyyətə çatdırılması kimi məsələləri əhatə edir. Qeyd edilib ki, Azərbaycan SOFAZ-ı 1999-cu ildə yaradıb, 2009-cu ildə IFSWF-nin təsis iclasına ev sahibliyi edib və Santiago Prinsiplərinin hazırlanmasına töhfə verib. SOFAZ gələn il IFSWF-yə sədrlik etməyə hazırlaşır. Eline S. göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və gələcək səfərləri, həmçinin digər IFSWF üzvlərini ziyarət etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

    Oxumağa davam edin
    EBRD Gəncə üçün 120 milyon avroluq ikinci kreditin ayrılması üzərində işləyir
    • May 13, 2026

    Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avro həcmində ikinci kreditin ayrılmasına hazırlıq işlərini aparır. GDP Medi xəbər verir ki, bu barədə EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti bildirib. E. Falçetti qeyd edib ki, Azərbaycan EBRD-nin “Yaşıl şəhərlər” proqramında mühüm yer tutur. “Gəncədə biz “Yaşıl şəhər” Fəaliyyət Planının hazırlanmasına – ölkənin əhali sayına görə ikinci böyük şəhərində ekoloji cəhətdən daha sağlam, dayanıqlı və daha rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın hazırlanmasına dəstək veririk. Eyni zamanda, biz bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırmasının modernləşdirilməsi və su infrastrukturunun inkişafı sahəsində kapital qoyuluşlarına töhfə veririk. Hazırkı mərhələdə proqram planlaşdırma mərhələsindən praktiki icra fazasına keçid edir. 35 milyon avro məbləğində ilk kredit sazişinin imzalanmasının ardınca Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avroluq kreditin ayrılmasına hazırlıq gedir. İnvestisiya proqramı təxminən 410 milyon avro məbləğində qiymətləndirilir ki, bu da qarşıya qoyulmuş vəzifələrin miqyasından xəbər verir”, – EBRD-nin idarəedici direktoru deyib. E. Falçetti vurğulayıb ki, EBRD həmçinin Gəncədən kənarda da dayanıqlı infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir. “Xüsusilə, bu il Şəkidə su təchizatı, çirkab və yağış suları infrastrukturunun inşası və bərpası üçün 91 milyon avro məbləğində kredit sazişinin imzalanması planlaşdırılır. Bakıda və Abşeron yarımadasının ərazisində 3 milyondan çox sakinə xidmət göstərən su təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Paralel olaraq bankın paytaxtda uzun müddət çirklənməyə məruz qalmış ərazilərin bərpasında iştirakı imkanları araşdırılır. Məqsəd ekoloji cəhətdən zərər çəkmiş ərazilərin yerli icmalar və investisiyalar üçün daha sağlam və cəlbedici məkanlara çevrilməsinə şərait yaratmaqdır”, – o əlavə edib.

    Oxumağa davam edin