29 iyun 2026-cı il tarixində “Unibank” Kommersiya Bankı”ASC Səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcəkdir.
GDP Media-nın xəbərinə görə, yığıncağın gündəliyinə üç mühüm məsələ daxil edilmişdir.
Bunlardan birincisi, bankın 2025-ci il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi, ikincisi, həmin il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi, üçüncüsü isə bankın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsidir. Yığıncaqda qəbul ediləcək qərarlar bankın fəaliyyətinin bundan sonrakı istiqamətləri baxımından əhəmiyyət daşıyır.


