ABB-dən səsli süni intellekt bankçılığı: 230 min istifadəçi, 2,5 milyon əməliyyat-Yahoo finance yazır

Cənubi Qafqazın aparıcı banklarından olan ABB-nin “AI-nur” və “AI-xan” süni intellekt köməkçiləri dünyanın nüfuzlu maliyyə platformalarından biri olan Yahoo Finance-da geniş şəkildə işıqlandırılıb.

Bildirilib ki, bu, Azərbaycan və region bankçılıq sektorunda səsli süni intellekt həllərindən istifadə edən ilk nümunələrdən biridir.

Xidmətə qoşulduğu gündən etibarən süni intellekt köməkçiləri böyük maraqla qarşılanıb. Artıq 230 minədək istifadəçi bu xidmətdən yararlanıb, 2,5 milyondan çox qarşılıqlı əlaqə qeydə alınıb.

AI-nur və AI-xan müştərilərə təbii səs əmrləri ilə bank əməliyyatlarını aparmağa imkan verir. İstifadəçilər öz kartları və hesabları arasında pul köçürə, mobil nömrə vasitəsilə başqalarına vəsait göndərə bilərlər. Sadəcə alıcının adını söyləmək kifayətdir – sistem kontaktı tanıyır və əməliyyatı həyata keçirir. Bundan əlavə, köməkçilər kartın bloklanması və ya yenidən aktivləşdirilməsi kimi təhlükəsizlik funksiyalarını da yerinə yetirir.

Bankın məlumatına görə, hazırda müxtəlif istiqamətlərdə tətbiq olunan generativ və proqnozlaşdırıcı modellərin sayı 180-ə çatıb. Bu modellər banka 35 milyon AZN-dən çox müsbət maliyyə təsiri gətirib.

Təhlükəsizlik əsas prioritet olaraq qalır. Bütün əməliyyatlar ABB Bank-ın təhlükəsiz rəqəmsal infrastrukturu vasitəsilə həyata keçirilir və ən yüksək bankçılıq və kibertəhlükəsizlik standartlarına cavab verir.

ABB Bank yaxın gələcəkdə AI-nur və AI-xan-ın imkanlarını genişləndirməyi və daha çox bank xidmətlərini süni intellekt vasitəsilə təqdim etməyi planlaşdırır.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu