JPMorgan, Citi, Wells Fargo və digər iri banklar Regulated Settlement Network (RSN) adlı yeni platforma təqdim ediblər.
“GDP Media” xəbər verir ki, bu platforma tokenləşdirilmiş depozitlərlə hesablaşmalar üçün nəzərdə tutulub.
Layihə paylanmış reyestr texnologiyası (blokçeyn) əsasında işləyəcək. Pilot testlərin 2025-ci ildə keçirilməsi planlaşdırılır.
Banklar bu təşəbbüslə ənənəvi klirinq sistemlərini yan keçərək ani hesablaşmalar üçün öz infrastrukturlarını yaradırlar. Tokenləşdirilmiş depozitlər real fiatal təmin edilmiş rəqəmsal bank pullarıdır.
RSN, ilk növbədə, B2B hesablaşmaları seqmentində kriptovalyutalar və steyblkoinlərlə rəqabət aparmağı hədəfləyir. Banklar institusional müştərilər üçün tanış təhlükəsizlik səviyyəsinə malik tənzimlənən alternativ təklif edirlər.
Ekspertlər isə sual altına qoyurlar: bu sistem sürət və xərc baxımından mərkəzləşdirilməmiş həllərlə rəqabət apara biləcəkmi?


