Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır

Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər hazırlamağı nəzərdə tutur.

“GDP Media”xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbərinin müavini Maya Bakran Marçiç bildirib.

Bununla yanaşı, o, dar yerlərin və əhəmiyyətli investisiyalara ehtiyacın qaldığını etiraf edib. Marçiç vurğulayıb ki, Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) inkişaf məqsədlərinin yerinə yetirilməsi təkcə siyasi prioritet deyil, həm də Aİ-nin hüquqi öhdəliyidir.“Qısa cavab – bəli”, – o, Aİ-nin Orta Dəhlizlə yük axınının artmasına hazır olması ilə bağlı suala cavab verərkən bildirib. Bununla yanaşı, o, “hələ görüləcək xeyli işin olduğunu” etiraf edib.Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, hazırda Aİ büdcəsinin müxtəlif alətlərindən misli görünməmiş həcmdə maliyyələşmə səfərbər edilir. Onun sözlərinə görə, yaxın illərdə bir sıra böyük infrastruktur layihələrinin, o cümlədən Lion-Turin, Brenner , Femarnbelt tunellərinin, Trans-Baltik avtomagistralının və digərlərinin həyata keçirilməsi gözlənilir.O vurğulayıb ki, Avropanın yeni nəqliyyat axınlarına xidmət etməyə hazır olması təkcə infrastrukturdan asılı deyil. TEN-T şəbəkəsi ümumi standartlara, rəqəmsallaşdırmaya, təhlükəsizlik tələblərinə və nəqliyyat sistemlərinin uyğunluğuna əsaslanan vahid inteqrasiya olunmuş sistem kimi fəaliyyət göstərməlidir.Cənub-Şərqi Avropada Orta Dəhlizin əsas giriş nöqtələri barədə danışan DG MOVE nümayəndəsi bu yaxınlarda Yunanıstan, Bolqarıstan və Rumıniya arasında Şimal-Cənub strateji nəqliyyat dəhlizinin inkişafı haqqında memorandumun imzalanmasını ümidverici adlandırıb.Hazırkı modernizasiya templərinin qorunması TEN-T şəbəkəsinə TBNM üçün “etibarlı Avropa karkası” olmağa imkan verəcək və onun strateji və iqtisadi potensialını tam reallaşdırmağa kömək edəcək, – o yekunlaşdırıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
    • İyun 23, 2026

    Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb….

    Davamı oxu