Azərbaycan-Banqladeş islam bankçılığı görüşü: təcrübə mübadiləsi və birgə layihələr

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖ) sədri Ruslan Atakişiyev, İRÖ-nin İslam Maliyyəsi Ekspert Şurasının üzvləri Fuad Quliyev və Əkrəm Nəcəfli ilə Banqladeşin Eastern Bank PLC şirkətinin nümayəndələri – İslam Bankçılığı üzrə departament rəisinin müavini cənab Mizanur Rahman və idarəedici direktorun müavini cənab Mehdi Zaman arasında görüş keçirilib.

GDP Media”xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Banqladeşdə islam maliyyəsi və islam bankçılığının hazırkı vəziyyəti, bu sahədə beynəlxalq qabaqcıl təcrübələr, əməkdaşlıq imkanları və islam maliyyə alətlərinin inkişafının gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

İştirakçılar islam maliyyəsi sahəsində bilik və təcrübə mübadiləsinin, tədqiqat əməkdaşlığının və gələcək birgə təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı maraqlarını ifadə ediblər.

Qeyd edək ki, qonaqlar Azərbaycanda İslam İnkişaf Bankı Qrupunun 16-19 iyun 2026-cı il tarixlərində keçiriləcək İllik Toplantısı çərçivəsində səfərdədirlər.

  • Əlaqədar Yazılar

    PAŞA Bank-ın baş maliyyə inzibatçısı: “Azərbaycan Avropa, Asiya, Türkiyə və Yaxın Şərqi birləşdirən mərkəzdir”
    • İyun 16, 2026

    “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, PAŞA Bank ASC-nin IPO üzrə abunə yazılışı başa…

    Davamı oxu
    IsDB Bakıda 2,8 milyard dollarlıq inkişaf maliyyələşdirmə paketini təsdiqləyib
    • İyun 16, 2026

    İslam İnkişaf Bankının (IsDB) İcraçı Direktorlar Şurası Bakıda keçirilən 2026-cı il IsDB Qrupu illik toplantılarında 2,8 milyard ABŞ dolları həcmində…

    Davamı oxu