ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminə (FED) pul-kredit siyasətini yumşaltmaq üçün açıq təzyiq göstərir.
“GDP Media”xəbər verir ki, FED-in yeni sədri Kevin Uorşun 17 iyunda gözlənilən ilk faiz dərəcəsi qərarı böyük maraqla gözlənilir.Analitiklər isə xəbərdarlıq edir ki, mövcud makroiqtisadi göstəricilər- o cümlədən davam edən inflyasiya təzyiqləri və möhkəm əmək bazarı-faizlərin aşağı salınmasına hələ ki imkan vermir.
Ekspertlər faiz gpstəricisinin dəyişməz saxlanmasının daha ehtimal olunan ssenari olduğunu bildirirlər.Lakin Uorş çətin vəziyyət qarşısındadır: bir tərəfdən Trampın siyasi təzyiqi, digər tərəfdən bazar etibarını qorumaq zərurəti.
İqtisadçılar xəbərdarlıq edir ki, vaxtından əvvəl dərəcə endirimi inflyasiyanın yeni dalğasına və dolların kəskin zəifləməsinə gətirə bilər. Əks halda, dərəcə dəyişməz qalarsa, Uorş Ağ Evlə birbaşa qarşıdurmaya girə bilər.
Bu qərar, FED-in yeni sədrinin ilk iş ayında müstəqilliyinin nə dərəcədə qorunacağını göstərəcək əsas test olacaq.


