İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖ) sədri Ruslan Atakişiyev, İRÖ-nin İslam Maliyyəsi Ekspert Şurasının üzvləri Fuad Quliyev və Əkrəm Nəcəfli ilə Banqladeşin Eastern Bank PLC şirkətinin nümayəndələri – İslam Bankçılığı üzrə departament rəisinin müavini cənab Mizanur Rahman və idarəedici direktorun müavini cənab Mehdi Zaman arasında görüş keçirilib.
“GDP Media”xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Banqladeşdə islam maliyyəsi və islam bankçılığının hazırkı vəziyyəti, bu sahədə beynəlxalq qabaqcıl təcrübələr, əməkdaşlıq imkanları və islam maliyyə alətlərinin inkişafının gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.
İştirakçılar islam maliyyəsi sahəsində bilik və təcrübə mübadiləsinin, tədqiqat əməkdaşlığının və gələcək birgə təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı maraqlarını ifadə ediblər.
Qeyd edək ki, qonaqlar Azərbaycanda İslam İnkişaf Bankı Qrupunun 16-19 iyun 2026-cı il tarixlərində keçiriləcək İllik Toplantısı çərçivəsində səfərdədirlər.






